Modern.az

Davamlı hərbi-siyasi təxribatlarla üzləşirik - Ceyhun Bayramov 

Davamlı hərbi-siyasi təxribatlarla üzləşirik - Ceyhun Bayramov 

Aktual

21 İyun 2023, 20:49

Azərbaycan regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərini davam etdirmək əzmindədir.

 

Modern.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşündə bildirib.

 

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, o cümlədən Azərbaycanın Ermənistan ilə münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində səyləri barədə qarşı tərəfi məlumatlandırıb.

 

Azərbaycan tərəfindən göstərilən konstruktiv yanaşmanın Ermənistanın davamlı hərbi-siyasi təxribatları ilə üzləşdiyi bildirilib.

 

Mövcud çağırışlar və çətinliklərə baxmayaraq, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərini davam etdirmək əzmində olduğu vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?