Modern.az

Metroda qadının pulu və bank kartı OĞURLANDI

Metroda qadının pulu və bank kartı OĞURLANDI

Aktual

22 İyun 2023, 11:00

İyunun 16-da metronun İnşaatçılar stansiyasında Bakı şəhər sakini olan bir qadının çantasından içərisində pulu, bank kartı, sənədlər və ev açarları olan cüzdanın oğurlanması barədə polisə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Cəlaləddin Abdullazadə müəyyən edilərək saxlanılıb.

 

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?