Azərbaycan və Ermənistan xarici işlər nazirləri gələn həftə görüşəcəklər.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, görüş Vaşinqton şəhərində baş tutacaq. Paşinyan görüşün dəqiq tarixini açıqlamayıb.
Qeyd edək ki, iyunun ortalarında XİN başçılarının Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. XİN-in sözçüsü Ayxan Hacızadə deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
"Ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq. Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur", - XİN rəsmisi qeyd edib.