“Təəssüflər olsun ki, qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar və yenə də davam etdirirlər”.
Modern.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev Laçında jurnalistlərə açıqlamasında deyib.
"May ayının 26-da iki erməni hərbiçisinin bizim sərhədi pozaraq silahlanmış şəkildə təxribat törətmək məqsədilə ölkə ərazisinə keçmələri və bizim hərbiçilər tərəfindən onların qanunsuz fəaliyyətinin qarşsıının alınması, digər tərəfdən iyunun 15-də Azərbaycan Sərhəd Xidmətinin əməkdaşlarına qarşı heç bir əsas olmadan yenidən təxribat törədilməsi bizim bir daha diqqətli olmağımızı zəruri edir", - deyə Baş prokuror bildirib.