Modern.az

Süni göldə təhlükə - FHN görüntülər YAYDI

Süni göldə təhlükə - FHN görüntülər YAYDI

Aktual

22 İyun 2023, 18:04

Gəncə şəhərindəki süni göldə yaranmış təhlükənin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri cəlb edilib.

 

Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Bildirilib ki, intensiv yağıntılar səbəbindən Gəncə şəhərindəki parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin yenidən artması nəticəsində ətraf ərazilər üçün yaranmış təhlükə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb.

 

Hazırda yaranmış təhlükənin aradan qaldırılması istiqamətində FHN-in Gəncə Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən göldə suyun səviyyəsinin azaldılması və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi fasiləsiz olaraq davam etdirilir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?