Modern.az

Daha 7 nəfər koronavirusa yoluxdu - Ölən yoxdur 

Daha 7 nəfər koronavirusa yoluxdu - Ölən yoxdur 

Aktual

22 İyun 2023, 22:13

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 7 yeni yoluxma qeydə alınıb, bir nəfər müalicə alaraq sağalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Bildirilib ki, son sutkada COVID-19-dan vəfat edən olmayıb.

 

Bundan əlavə, son gün ərzində COVID-19 əleyhinə 75 vaksin vurulub. Bir gündə birinci doza üzrə 39, ikinci doza üzrə 6 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 29 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfər təşkil edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?