Modern.az

Bu gün 1 şəhər və 4 rayonda qaz KƏSİLƏCƏK

Bu gün 1 şəhər və 4 rayonda qaz KƏSİLƏCƏK

23 İyun 2023, 09:20

Bu gün 1 şəhər və 4 rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla bağlı “Mingəçevir 1-ci xətt”, "İmişli-1" və "İmişli-2” qaz ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində, həmçinin “Qax” QPS-də görüləcək profilaktik sazlama və quraşdırma işləri ilə əlaqədar iyunun 23-də saat 09:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Təmir işləri aparılan müddətdə İmişli və Qax rayonlarının, eləcə də Mingəçevir şəhərinin tam olaraq, Yevlax və Saatlı rayonlarının isə kiçik bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?