Modern.az

Goranboyda dövlət qulluqçularının peşə bayramı qeyd olunub - FOTO

Goranboyda dövlət qulluqçularının peşə bayramı qeyd olunub - FOTO

23 İyun 2023, 16:10

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev,  rayonun digər rəhbər şəxsləri, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və digər dövlət qulluqçuları, “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibəti ilə, Ümumilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək Dahi Şəxsiyyətə ehtiramlarını nümayiş etdirdilər. Sonra Heydər Əliyev Mərkəzində tədbir davam etdirildi.

 

Modern.az xəbər verir ki, tədbirdə ilk olaraq, Ümummilli Lider Heydər Əliyevin  və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş vətən övladlarının əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilən “Dövlət qulluqçularının peşə bayramı” münasibəti ilə rayonda fəaliyyət göstərən dövlət qulluqçularına təbrikini çatdıran İcra Başçısı Dövlətin Ali Rəhbərinin bu sahəyə olan diqqət və qayğısı barədə danışdı.

 

Bildirdi ki, cənab Prezidentimizin müvafiq Sərəncamı ilə Yuxarı Ağcakənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə  Rafiq Qorçiyevin “Tərəqqi”  medalı ilə təltif edilməsi Dövlət Başçımızın rayonumuza göstərdiyi diqqətin növbəti təzahürüdür. Tədbirdə, dövlət qulluğunda fərqlənən bir qrup əməkdaşlara rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərman və Təşəkkürnamələri təqdim edildi.
 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?