Modern.az

Daha 11 nəfər yoluxdu - Ölən yoxdur

Daha 11 nəfər yoluxdu - Ölən yoxdur

23 İyun 2023, 16:32

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

 

Azərbaycanda indiyədək ümumilikdə 831 929 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 608 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 39 nəfərdir.

 

Son sutka ərzində 791, hazırkı dövrədək isə 7 640 803 test aparılıb.

 

1258579

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?