Modern.az

Moskvada antiterror tədbirləri keçirilir - Merdən müraciət

Moskvada antiterror tədbirləri keçirilir - Merdən müraciət

Aktual

24 İyun 2023, 08:44

Moskva meri Sergey Sobyanin şəhərdə antiterror tədbirlərinin görüldüyünü açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Bildirilib ki, antiterror tədbirləri təhlükəsizliyin gücləndirilməsinə yönəlib.

 

“Daxil olan məlumatlarla əlaqədar Moskvada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlmiş antiterror tədbirləri həyata keçirilir. Yollarda əlavə nəzarət tətbiq edilib. Kütləvi tədbirlərin keçirilməsini məhdudlaşdırmaq mümkündür. Görülən tədbirlərə anlayışla yanaşın.” - mer deyib.

 

Qeyd edək ki, ötən gün "Vaqner" rəhbəri Yevgeni Priqojinin teleqram kanalında səs yazıları yayılıb. O, bölmələrinin hücuma məruz qaldığını iddia edib və buna görə ölkənin hərbi rəhbərliyini günahlandırıb. Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 minlik dəstəsi ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini bildirib.

 

Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?