Bakı dairəvi avtomobil yolunda sıxlıq müşahidə olunur.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qeyd olunub ki, sıxlıq yolda aparılan təmirlə bağlıdır: “Bakı dairəvi avtomobil yolunun Yasamal yaşayış kompleksi yaxınlığından keçən hissəsində təmir-bərpa işləri aparılır. Bu səbəbdən üzü Lökbatan dairəsi istiqamətinə olan yolda sıxlıq müşahidə olunur”.