Modern.az

Hərbçimiz vəfat etdi 

Hərbçimiz vəfat etdi 

Aktual

24 İyun 2023, 23:05

Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi vəfat edib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gizir Əsgərli Cavidan Sənan oğlu xəstəlikdən dünyasını dəyişib.

 

Onun nəşi doğulduğu Zərdab rayonunda torpağa tapşırılacaq.

 

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Əsgərli Cavidan Sənan oğlu uzunsürən “Still xəstəliyi”ndən vəfat edib.

 

Qeyd edək ki, hərbçimiz 7 ay əvvəl ailə həyatı qurmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?