Səudiyyə Ərəbistanı xaricdən ölkəyə gələn zəvvarların sayının 1,5 milyonu keçdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin SPA agentliyi məlumat yayıb.
Bildirilir ki, dünən axşam saatlarına qədər 1 milyon 559 min 53 nəfər hava, 60 min 617 nəfər quru, 6 min 830 nəfər dəniz yolu ilə ölkəyə gəlib.
Səudiyyə Ərəbistanı Statistika İnstitutunun məlumatına görə, 2023-cü ildə ölkə daxilindən və xaricdən Həccə gələnlərin sayı 2,4 milyon nəfər olub.