Modern.az

Bu gün köçürülən ailələr artıq Laçındadır

Bu gün köçürülən ailələr artıq Laçındadır

25 İyun 2023, 17:33

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir. İyunun 25-də növbəti köç karvanı Laçın şəhərinə çatıb.

 

Modern.az xəbər verir ki, növbəti köç 15 ailə olmaqla, 53 nəfərdən ibarətdir.

 

Bununla da, Laçın şəhərində 70 ailə, yəni 266 nəfərin daimi məskunlaşması təmin edilib.

 

Qeyd edək ki, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?