Modern.az

Ceyhun Bayramov hərbçilərimizi TƏBRİK ETDİ

Ceyhun Bayramov hərbçilərimizi TƏBRİK ETDİ

Aktual

26 İyun 2023, 07:49

"Silahlı Qüvvələrimizin şəxsi heyətinə məsuliyyətli işlərində uğurlar arzulayıram".

 

Modern.az xəbər verir ki, bu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tviter hesabında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşımında yer alıb.

 

"Ordumuzun yaradılmasının 105-ci ildönümü, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrimizin şəxsi heyətini səmimi qəlbdən təbrik edir, ölkəmizin ərazi bütövlüyünün qorunması kimi məsuliyyətli işlərində uğurlar arzulayıram! Silahlı Qüvvələr günümüz mübarək!", - nazir yazıb.

 

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Azərbaycan Ordusunun yaradılmasından 105 il ötür.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?