Modern.az

Bir ildə “Vaqner”ə 86 milyard xərclənib - Putin

Bir ildə “Vaqner”ə 86 milyard xərclənib - Putin

27 İyun 2023, 17:23

"Vaqner" qrupunun təchizatı dövlət tərəfindən təmin edilib.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə hərbçilərlə görüşündə bildirib. 

 

Onun sözlərinə görə, 2022-ci ilin mayından 2023-cü ilədək "Vaqner"in saxlanmasına 86 milyard rubl xərclənib.

 

"Biz "Vaqner" qrupunun döyüşçülərinə həmişə hörmətlə yanaşmışıq", - deyə Putin vurğulayıb.

 

Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını bildirib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?