Modern.az

3 rayonda qanunsuz qum-çınqıl daşınması müəyyən edilib

3 rayonda qanunsuz qum-çınqıl daşınması müəyyən edilib

29 İyun 2023, 13:10

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən respublikanın şimal bölgəsində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz, Quba və Şabran rayonları ərazisindən qanunsuz qum-çınqıl daşınması müəyyən edilib.

 

Bu barədə Modern.az-a Xidmətdən məlumat verilib.

 

Bildirilib ki, Xaçmaz rayonu, Caqacuq çayının yatağından "5 saylı Yol İstismar İdarəsi" MMC, Quba rayonu, Birinci Nügədi kəndi ərazisindən “Azvirt” MMC tərəfindən, Şabran rayonu, Dəvəçiçay çayının yatağından isə "Siyəzənneft" NQÇİ-yə məxsus nəqliyyat vasitələri ilə qum-çınqıl daşındığı məlum olub.

 

Faktlarla bağlı aktlar və protokollar tərtib olunub, qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?