Modern.az

İcra başçısı Şəfəq kəndində səyyar qəbul keçirdi - FOTO

İcra başçısı Şəfəq kəndində səyyar qəbul keçirdi - FOTO

Aktual

29 İyun 2023, 13:25

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərlə birgə, təbii fəlakət zamanı selin yaratdığı fəsadlarla bağlı, Şəfəq kəndinə mövcud vəziyyətlə yerində tanış olub, kəndin ərazisindən keçən Qaraçay çayı yatağı boyunca yerləşən fərdi təsərrüfatlara baş çəkib.

 

Modern.az xəbər verir ki, İcra Başçısı, sel zamanı ətrafda yerləşən fərdi yaşayış evlərinə, həyatyanı və əkin sahələrinə gələcəkdə ehtimal oluna biləcək təhlükələrin əvvəlcədən qarşısının alınması, arx və kanalların lildən təmizlənməsi və bu məqsədlə lazımi tədbirlərin görülməsi ilə bağlı, bir qrup kənd sakinlərinin də iştirakı ilə müzakirələr aparıb.

 

Qeyd olunan məsələlərlə bağlı, müvafiq tapşırıq və tövsiyyələr verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?