Modern.az

Türkiyə Ordusundan ANTİTERROR ƏMƏLİYYATI

Türkiyə Ordusundan ANTİTERROR ƏMƏLİYYATI

Aktual

2 İyul 2023, 13:00

Türkiyə Ordusu İraqın şimalında 9 terrorçunu hava zərbəsi ilə zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Türk Silahlı Qüvvələri İraqın şimalında terrorçu təmizliyini sürətini azaltmadan davam etdirir. Pəncə-Kilid Əməliyyatı bölgəsində aşkarlanan 9 PKK terrorçusu hava əməliyyatı ilə məhv edilib. Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək”, - deyə məlumatda qeyd edilir.

 

Qeyd edək ki, bundan öncə İstanbulda PKK terror təşkilatının daha 9 üzvü saxlanılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?