İbad Hüseynli
Azərbaycanın Milli Qəhrəmanı
Bu gün Azərbaycan polisi peşə bayramını qeyd edir. Mən canlı şayidiyəm ki, yarandığı ilk günlərdən polis qardaşlarımız Milli Ordu ilə çiyin-çiyinə torpaqlarımızın müdafiəsində birgə vuruşublar.
Ən yaxın tariximizdə polisin böyük xidmətləri kimi 44 günlük Vətən Müharibəsində və eyni zamanda pandemiya dövründə göstərdiyi xidməti unutmaq olmaz.
Müstəqilliyin bərpasından sonra Azərbaycan polisi özünün ən yüksək dövrünü yaşayır. Bu gün fəxrlə deyə bilərik ki, polisimiz peşəkarlıq baxımından dünyanın ən güclü polis strukturları ilə eyni sıradadır. Savadlı, peşəkar kadrlarla bərabər, Azərbaycan polisi dövlət tərəfindən maddi-texniki baxımdan yüksək səviyyədə təmin edilir.
Bütün sahələrdə olduğu kimi, polisin və deməli insanlarımızın ictimai təhlükəsizliyinin gücləndirilməsi istiqamətində cənab Prezident İlham Əliyevin polis sisteminə göstərdiyi qayğı sözsüzdür.
Polis günü münasibətilə bu sahədə çalışan qardaşlarımızı ürəkdən edirəm!
