Modern.az

İyulun ilk “Açıq mikrofon” aksiyası Şirvanda

İyulun ilk “Açıq mikrofon” aksiyası Şirvanda

Aktual

3 İyul 2023, 16:23

“Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Şirvan şəhər sakinlərinin ixtiyarına verilib.

 

Modern.az “Azəriqaz” İB-nin yaydığı məlumata istinadən xəbər verir ki, aksiyada ümumilikdə 4 müraciət ünvanlanıb ki, bunların da hamısı eyniyönümlü olub. Daha dəqiq mikrofon önünə çıxan abonentlər qaz sayğacının yenisi ilə əvəzlənməsini xahiş ediblər.

 

Səslənən hər 4 müraciət Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydiyyata alınıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?