Modern.az

Moskvadan Gəncəyə uçuşların sayı ARTIRILDI

Moskvadan Gəncəyə uçuşların sayı ARTIRILDI

Aktual

3 İyul 2023, 17:53

Bu gündən Rusiyanın “Utair” aviaşirkəti Moskvadan ("Vnukovo" beynəlxalq hava limanından) Gəncəyə uçuşları gündəlik edib.

 

Modern.az xəbər verir ki, bunu “Utair”in prezidenti Oleq Semyonov bildirib.

 

Onun sözlərinə görə, aviaşirkət beynəlxalq uçuş proqramını genişləndirməyə davam edir: “Bu mövsüm Surqut və Tümendən Bakıya uçuşların sayı artıq artırılıb. Bu gündən isə Moskvadan Azərbaycanın 2-ci ən çox məskunlaşmış şəhəri olan Gəncəyə gündəlik reyslər həyata keçirməyə başlayırıq”.

 

Hazırda "Utair" Qroznı-Bakı, Moskva-Bakı, Samara-Bakı, Sankt-Peterburq-Bakı, Surqut-Bakı, Tümen-Bakı, Ufa-Bakı, Moskva-Gəncə, Moksva-Naxçıvan istiqamətində də reyslər yerinə yetirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?