Modern.az

Zəlzələdən sonra həyət evləri bahalaşacaq? 

Zəlzələdən sonra həyət evləri bahalaşacaq? 

Aktual

4 İyul 2023, 15:58

Ötən gecə Xəzər dənizinin Azərbaycan sahilində baş vermiş 5.7 bal gücündə zəlzələ əhaləni təşvişə saldı. Zəlzələdən sonra paytaxt sakinlərinin əksəriyyəti yaşayış binalarını tərk edərək, küçələrə axın etdilər. Rəsmi qurumlar tərəfindən ölkəmizdə güclü zəlzələnin olmayacağı barədə açıqlamalar verilsə də, insanlar arasında panika hökm sürür. Hətta bəziləri hündürmərtəbəli binalardakı mənzillərini sataraq, həyət evi almaq istədiyini bildirir.

 

Ümumiyyətlə, zəlzələdən sonra bina evlərinə marağın azalacağı, həyət evlərinin qiymətinin artacağı barədə müxtəlif fikirlər səsləndirilir.

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı belə tendensiyanın gözlənilmədiyini bildirib.


“Düzünü desəm, belə bir tendensiya olacağını düşünmürəm. Çünki əgər zəlzələ davamlı olardısa, gün ərzində bir neçə dəfə baş verərdisə, o halda həyət evlərinə maraq da, tələbat da artardı. Eyni zamanda həyət evlərinə tələbatın artımı qiymətlərin artımına təsir edərdi. İndiki halda baş verən zəlzələnin maqnitudası aşağı səviyyədə idi. Yəni o qədər də güclü zəlzələ olmadı. Həmçinin zəlzələ dünən başladı və bitdi. Hesab edirəm ki, bazarda hər hansı dəyişiklik müşahidə olunmayacaq. Bu, qısamüddətli, hətta deyərdim ki, bir günlük, maksimum 2 günlük psixoloji faktordur. Zəlzələ ilə bağlı informasiyaların müzakirəsi bitdikdən sonra bu məsələ də unudulub gedəcək”, - deyə ekspert vurğulayıb.

 

Aytac Əsədova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?