Modern.az

Laçın və Cəlilabad hərbi komissarlıqlarında əməliyyat keçirildi

Laçın və Cəlilabad hərbi komissarlıqlarında əməliyyat keçirildi

Aktual

4 İyul 2023, 16:50

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrində əməliyyat keçirilib.

 

Modern.az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən Cəlilabad və Laçın rayon şöbələrində əməliyyat tədbiri təşkil olunub.

 

Baş Prokurorluğun Mətbuat xidməti məlumatı təsdiqləyib. 

 

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində əməliyyat keçirilib. Əməliyyat zamanı şöbə rəisi saxlanılıb.

Bu xəbər ilə bağlı
Səfərbərlik Xidmətinin şöbə rəisi SAXLANILDI
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?