Modern.az

“Azərbaycançılıq birləşdirici və milli dəyərdir” telemüzakirələri olacaq

“Azərbaycançılıq birləşdirici və milli dəyərdir” telemüzakirələri olacaq

4 İyul 2023, 16:05

Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq birləşdirici və milli dəyərdir” mövzusunda layihənin icrasına başlayıb.


Layihə çərçivəsində dövlətin əsas istiqamətindən biri olan multikulturalizm siyasətinin əsasını təşkil edən azərbaycançılığın təşviq edilməsi məqsədilə silsilə televiziya müzakirələrinin hazırlanaraq canlı yayımlanması və yutubda, digər sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.


Layihə dövründə “Azərbaycançılıq ideyasının XX əsrin əvvəllərində təşəkkülü”, “Çağdaş Azərbaycançılıq ideyasının siyasi banisi Ümummilli lider H.Əliyevdir”, “Milli birliyimiz Vətən müharibəsində Zəfər qazandı” və “Azərbaycançılıq ideyasının əsas tərkib hissəsi multikulturalizmdir” mövzularında proqramlar hazırlanaraq yayımlanacaq və həmin televiziya verilişləri yutubda, digər sosial şəbəkələrdə yerləşdiriləcək. Eyni zamanda, “feysbuk” sosial şəbəkəsində  ötən layihələrdən fəaliyyət göstərən “Dövlətimizi qoruyaq və təbliğ edək” səhifəsində mövzu ilə bağlı ictimai forumlar təşkil ediləcək.


Layihənin keçirilməsində məqsəd dövlətimizin əsas siyasi istiqamətlərindən birinə çevrilən azərbaycançılıq və multikulturalizm ideyasına töfhə verən televiziya müzakirələrini təşkil etməkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?