Modern.az

Fransada saxlanılan etirazçıların sayı 3 mini keçdi

Fransada saxlanılan etirazçıların sayı 3 mini keçdi

Aktual

5 İyul 2023, 08:24

Fransada altı gündür davam edən etiraz aksiyalarında saxlanılan şəxslərin sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

 

Bildirilib ki, polis 1124-ü azyaşlı olmaqla 3625 etirazçını saxlayıb. Məlumata görə, indiyədək 380 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, lakin bu, yekun rəqəm deyil.

 

Qeyd edək ki, Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?