Modern.az

Əliyevin Fransa ilə bağlı dedikləri tamamilə doğrudur - BMT nümayəndəsi

Əliyevin Fransa ilə bağlı dedikləri tamamilə doğrudur - BMT nümayəndəsi

5 İyul 2023, 14:02

"Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında Fransa ilə bağlı söylədiyi fikirlərə görə Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Onun Fransa ilə bağlı dedikləri tamamilə doğru idi".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətinin üzvü Magali Tingal deyib.

 

O qeyd edib ki, son dövrlər Yeni Kaledoniyada 2021-ci il dekabrın 12-də keçirilən 3-cü referendumun pandemiya ilə bağlı geri çağırılması məsələsi gündəmdədir.

 

"Lakin Fransa referendumu gecikdirir. Biz öz səsimizi eşitdirmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edəcəyik. Fransa bizə qarşı yeni növ müstəmləkə siyasəti aparır və maliyyə cəhətdən təzyiq göstərir", - BMT təmsilçisi vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi