Modern.az

Azərbaycan nümayəndələri NATO təlimini izləyib

Azərbaycan nümayəndələri NATO təlimini izləyib

Aktual

5 İyul 2023, 15:46

Milli Müdafiə Universitetinin bir qrup nümayəndəsi Bolqarıstan Respublikasının Varna şəhərində N.Y.Vaptsarov adına Ali Hərbi Dənizçilik Məktəbi və Varna Tibb Universitetini, eləcə də Sofiya şəhərində yerləşən Hərbi Tibb Akademiyasını ziyarət edib.

 

Müdafiə Nazirıiyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin rəisi tibb xidməti polkovniki Çingiz Əlləzovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən görüşlərdə hərbi tibb təhsili və elmi sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Səfər zamanı hərbi tibb personalının hazırlanması ilə bağlı təcrübə mübadiləsi və rəsmiləşdirilməsi nəzərdə tutulan birgə elmi və təhsil fəaliyyətinə dair razılıq əldə olunub.

 

Azərbaycan nümayəndə heyəti, həmçinin Hərbi Tibbi Simulyasiya Mərkəzində NATO ilə birgə keçirilən sanitar təlimatçılar, kursantlar və hərbi həkimlərin təlimini izləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?