Modern.az

Martinika nümayəndəsi: Fransa quldarlıq sistemi yaradıb

Martinika nümayəndəsi: Fransa quldarlıq sistemi yaradıb

Aktual

6 İyul 2023, 10:36

Qoşulmamam Hərəkatının nazirlər görüşündə Prezident İlham Əliyev tərəfindən Fransanın kolonializmi ilə bağlı səsləndirilən fikirlər bizi çox məmnun etdi. Nəhayət ki, Fransanın müstəmləkə siyasəti beynəlxalq səviyyədə gündəmə gətirilir. Buna görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.

 

Modern.az xəbər verir ki, bunu Fransanın müstəmləkəsində olan Martinikanın Azadlığı Partiyasının nümayəndəsi Lük Fransıs Karol Bakıda keçirilən “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə deyib.

 

Onun sözlərinə görə, Fransa tərəfindən Martinika xalqına qarşı irqçilik həyata keçirilir.

 

“Fransa quldarlıq sistemi yaradıb və dövlət strategiyasının təməlində bizim xalqı fransızlarla əvəz etmək dayanır. Onlar bunu ən iyrənc formada həyata keçirirlər. Belə ki, qida məhsullarına, yeraltı su mənbələrinə zərərli maddələr qataraq xalqımızın sağlamlığına təhlükə yaradırlar. Hazırda Martinika prostat xərçəngi xəstəliyinə görə “lider”dir. Fransa bunu genetik xəstəlik adlandırsa da, bu, birbaşa onların törətdiyi soyqırımıdır”, - deyə Lük Fransıs Karol qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?