“Fransanın siyasəti Cənubi Qafqazda heç də davamlı sülhə xidmət etmir”.
Modern.az-ın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından ötrü səylər göstərir: “Lakin Fransa Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına fərqli münasibət ortaya qoyur”.
F.Şəfiyev qeyd edib ki, Qoşulmama Hərəkatı vacib platformadır.