Modern.az

Ötən sutka 60 yanğına çıxış olub - 4 nəfər xilas edilib

Ötən sutka 60 yanğına çıxış olub - 4 nəfər xilas edilib

Aktual

6 İyul 2023, 10:58

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 60 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 1-i azyaşlı olmaqla 4 nəfər, o cümlədən Qəbələ rayonu, Duruca kəndi yaxınlığında çətin keçilən mürəkkəb relyefli dağlıq ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib. Yanğın zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Həmçinin, Yasamal rayonunda bağlı qapı arxasında aşkar olunan 1 nəfərin meyiti və Hövsan qəsəbəsi yaxınlığında, dənizdə nəzarətsiz ərazidə batan 1 nəfərin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?