Modern.az

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Təzəpirdə namaz qıldı - FOTO

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Təzəpirdə namaz qıldı - FOTO

Aktual

6 İyul 2023, 14:54

İyulun 6-da Azərbaycanda səfərdə olan Türkiyə  Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan və xanımı Təzəpir məscidini ziyarət ediblər.

 

Qonaqlara Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin salamlarını yetirən QMİ sədinin müavini Fuad Nurullayev Təzəpir məscid-kompleksinin tarixi, Azərbaycan dövlətinin  diqqət və qayğısı ilə ərazidə aparılan bərpa işləri barədə ətraflı məlumat verib.

 

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan və xanımı Təzəpir məscidini inşa etdirən tanınmış xeyriyyəçi Nabat xanım Aşurbəyovanın kompleksin ərazisindəki məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

 

Zühtü Arslan məsciddə namaz qılaraq bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin sabitliyi, davamlı tərəqqisi, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün dualar etdiyini bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?