Modern.az

Rusiyanın İrandan aldığı PUA-lar məhv edildi 

Rusiyanın İrandan aldığı PUA-lar məhv edildi 

7 İyul 2023, 10:00

Ukrayna ordusu ötən sutkada Rusiyanın İran istehsalı olan 12 "Shahed" pilotsuz uçuş aparatını (PUA) məhv edib.

 

Modern.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

 

Bildirilib ki, Rusiya Krasnodar diyarının Primorsk-Axtarsk şəhərindən Ukraynanın cənub-şərq bölgəsinə 18 PUA buraxıb. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri onların 12-ni zərərsizləşdirib.

 

Bundan başqa, Ukrayna ordusu son sutkada Rusiyanın 510 hərbçisini məhv edib. Bununla da Ukraynada müharibə başlayandan indiyədək məhv edilən Rusiya hərbçilərinin sayı 232 810-a çatıb.

 

Rusiyanın digər döyüş itkiləri 4 070 tank, 7 944 zirehli maşın, 3 652 operativ-taktiki PUA, 4 330 artilleriya sistemi, 408 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 309 helikopter, 6 898 avtomobil və tanker, 658 reaktiv yaylım atəş sistemi, 612 xüsusi texnikadan ibarətdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?