Braziliyanın şimal-şərqində yaşayış binasının çökməsi nəticəsində azı 8 nəfər ölüb, 5 nəfər itkin düşüb.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Yaşayış binası Braziliyanın Pernambuko ştatında yerləşir. Hadisə iyulun 7-də səhər saatlarında baş verib.
Məlumata əsasən, ölənlər arasında 8 və 5 yaşlı iki azyaşlı uşaq da var.
Dağıntılar altından 4 nəfər sağ xilas edilib. Hadisənin səbəbi hələlik məlum deyil.