Modern.az

İranda polis məntəqəsinə silahlı hücum - ÖLƏN VAR

İranda polis məntəqəsinə silahlı hücum - ÖLƏN VAR

8 İyul 2023, 13:54

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslər polis məntəqəsinə hücum ediblər.

 

Modern.az İran mediasına istinadən xəbər verir ki, hücum nəticəsində azı bir polis əməkdaşı həlak olub.

 

İnsidentin yerli vaxtla saat 7:15-də əyalətin administrativ mərkəzi olan Zahedan şəhərində baş verdiyi bildirilir.

 

Şəhər prokurorluğunun məlumatına görə, əvvəlcə polis məntəqəsi yaxınlığında partlayış törədilib, bundan sonra bir neçə naməlum şəxs binaya daxil olaraq atəş açmağa başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?