Modern.az

Bakıdakı “McDonalds”da insident - Müştəri saxlanıldı

Bakıdakı “McDonalds”da insident - Müştəri saxlanıldı

Aktual

8 İyul 2023, 17:00

Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən "McDonalds" restoranında insident baş verib.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, müştərilərdən biri restoran əməkdaşları ilə mübahisə edib.

 

Həmin şəxs sifariş menyusunun olduğu monitora zərbələr endirərək ekranı sındırıb.

 

Hadisə barədə mühafizə polisinə həyəcan siqnalı daxil olub.

 

Mühafizə polisinin əməkdaşları restorana gələrək aparatı sındıran şəxsi saxlayıb.

 

Ərazi üzrə polis bölməsinə aparılan şəxsin 2001-ci il təvəllüdlü Əli Hüseynov olması müəyyən edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?