Modern.az

Bakıda atasını öldürən oğul TUTULDU

Bakıda atasını öldürən oğul TUTULDU

Aktual

9 İyul 2023, 08:35

İyulun 9-u saat 02 radələrində paytaxtın Nizami rayonunda yerləşən evlərin birində 1968-ci il təvəllüdlü Yusifli Rəsul Xanmirzə oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Nizami Rayon Prokurorluğundan bildirilib.

 

İlkin araşdırma zamanı 1993-cü il təvəllüdlü Pərvin Yusifovun aralarında yaranmış mübahisə zamanı atası Rəsul Yusifovu bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərvin Yusifov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?