İslandiyada 5,1 bal gücündə zəlzələ olub.
Modern.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Reykyavikdən 13 kilometr qərbdə yerləşib, ocağı isə 6 kilometr dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.