Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov təqaüdə göndərilib.
Modern.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmrinə əsasən E.Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifədən azad edilib.