Modern.az

İsmayıllıda ağır qəza - Ölən və yaralılar var

İsmayıllıda ağır qəza - Ölən və yaralılar var

11 İyul 2023, 09:36

İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı-Ruşan yolunda qeydə alınıb.

 

31-BB-410 dövlət nömrə nişanlı "VAZ 2103" markalı minik avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

 

Hadisə zamanı rayonun Kürdmaşı kənd sakini, 1987-ci il təvəllüdlü Babayev Samir Yusif oğlu ölüb, 1982-ci il təvəllüdlü Ağayev Variz Cahid oğlu və 1987-ci il təvəllüdlü Həsənov Tərlan İmran oğlu xəsarət alıb.

 

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?