Modern.az

Naxçıvanda iyulun pensiyaları ödənildi

Naxçıvanda iyulun pensiyaları ödənildi

11 İyul 2023, 10:24

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının pensiya ödənişi başa çatdırılıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

 

Qeyd olunub ki, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi üçün müvafiq işlər isə hazırda davam etdirilir və gün ərzində başa çatdırılması nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?