Modern.az

ADY mobil tətbiqini istifadəyə verəcək

ADY mobil tətbiqini istifadəyə verəcək

11 İyul 2023, 12:15

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yaxın aylarda mobil tətbiqini istifadəyə verməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.

 

Onun sözlərinə görə, bu, sərnişindaşımada keyfiyyətin və müştəri məmnuniyyətinin artırılması istiqamətində atılan addımlardan biridir.

 

Bu ilin I yarısında Azərbaycanda dəmir yolları ilə 3 milyon 230 min 728 nəfər sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52 % çoxdur.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?