Modern.az

Ərdoğan deputatlardan az maaş alır - RƏSMİ

Ərdoğan deputatlardan az maaş alır - RƏSMİ

12 İyul 2023, 07:56

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın maaşı ilə bağlı məsələyə aydınlıq gətirib. O bildirib ki, Ərdoğanın maaşı millət vəkillərinin maaşından azdır. 

 

Modern.az xəbər verir ki, müxalifət partiyalarının millət vəkillərinin Prezident Rəcəb Tayyib Ərdoğanın maaşı ilə bağlı açıqlamalar verdiyini xatırladan Yılmaz bu mövzuda polemikanın olmasından təəssüflənib.

 

“Prezidentimizin maaşı ilə bağlı bəzi açıqlamalar oldu. Baxın, bunu çox açıq və qəti deyim. Hazırda Prezidentimizin maaşı deputatın maaşından aşağıdır. Nazir müavinlərinin maaşından aşağıdır. Niyə belədir? Çünki o, şəxsi üstünlükləri ilə bir müddət maaş artımına imkan vermədi”, - açıqlamada deyilir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?