Modern.az

Sərhəddə təxribat törədən erməni hərbçi YARALANDI

Sərhəddə təxribat törədən erməni hərbçi YARALANDI

Aktual

12 İyul 2023, 09:50

Azərbaycanla sərhəddə silahlı təxribat törədən Ermənistan ordusunun hərbçisi yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, yaralı hərbçi hospitala yerləşdirilib.

 

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə atıcı silahlardan atəş açıblar. Azərbaycan Ordusunun bölmələri cavab tədbirləri görüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu