Modern.az

Dənizdə batan qadın xilas edildi - VİDEO

Dənizdə batan qadın xilas edildi - VİDEO

12 İyul 2023, 17:58

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Nardaran qəsəbəsi yaxınlığında ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazidə 1 nəfər qadının dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Nardaran-2” dalğıc-axtarış qrupu cəlb edilib.

 

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1987-ci il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək ailə üzvlərinə təhvil verilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?