Modern.az

Gürcüstan-Rusiya danışıqları nəticəsiz başa çatdı

Gürcüstan-Rusiya danışıqları nəticəsiz başa çatdı

13 İyul 2023, 12:40

Gürcüstan və Rusiya arasında Cenevrə danışıqlarının 58-ci raundu nəticəsiz başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib.

 

Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti danışıqlarda destruktiv mövqe nümayiş etdirib.

 

Qeyd olunub ki, Gürcüstan işğal altındakı ərazilərindən olan qaçqınların öz doğma yurd-yuvalarına qaytarılması məsələsinin Cenevrə danışıqlarının gündəliyinə daxil edilməsi tələbini irəli sürüb. Rusiya nümayəndə heyəti bununla razılaşmayaraq müzakirə masasını vaxtından əvvəl tərk edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə