Modern.az

GDU-nun əməkdaşı beynəlxalq müsabiqənin qalibi oldu - FOTO

GDU-nun əməkdaşı beynəlxalq müsabiqənin qalibi oldu - FOTO

13 İyul 2023, 15:58

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin, Rus dili və ədəbiyyatı Müəllimləri Beynəlxalq Assosiasiyasının və ,,Rossotrudniçestvo” təşkilatının dəstəyi ilə “Azərbaycanda Rus dili – yeni üfüqlər” adlı beynəlxalq müsabiqə keçirilib.

 

“Rus Humanitar Missiyası” adlı qurumun təşkil etdiyi müsabiqədə ölkənin bölgələri üzrə 77 nəfər Rus dili və ədəbiyyatı müəllimi iştirak edib, 10 nəfər qalib seçilib.

 

Müsabiqədə Gəncə Dövlət Universitetinin Xarici Dillər fakültəsinin Rus dili kafedrasının dosentləri Sevinc Bağırova və Sevda Əliyevaya 1-ci mərhələdə uğurlu iştiraka görə sertifikatlar təqdim edilib.

 

Yekun mərhələdə isəkafedranın dosenti Sevinc Bağırova beynəlxalq müsabiqənin qalibləri sırasında olub.

 

Əsas mükafat kimi müsabiqə qaliblərinin Moskva şəhərinə ekskursiya-tanışlıq səfəri  təşkil olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?