Modern.az

“Baku Steel Company” havanı çirkləndirir - ŞİKAYƏT

“Baku Steel Company” havanı çirkləndirir - ŞİKAYƏT

13 İyul 2023, 17:56

Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Baku Steel Company” QSC-dən atmosfer havasına tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

 

Modern.az-ın xəbərinə görə, Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, müəssisənin ərazisində araşdırma və monitorinq aparılması üçün “Baku Steel Company” QSC-yə müraciət edilsə də, müvafiq şərait yaradılmayıb.

 

Bu səbəbdən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən sözügedən QSC-nin ətrafında monitorinq və ölçmə işləri aparılıb və atmosfer havasına atılan tullantıların normadan artıq olduğu müəyyən edilib.

 

“Faktla bağlı akt tərtib olunub və “Baku Steel Company” QSC-nin hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Nəsimi rayon Məhkəməsinə göndərilib”, - o, əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza