Modern.az

İsrail müdafiə nazirindən Azərbaycanla bağlı PAYLAŞIM

İsrail müdafiə nazirindən Azərbaycanla bağlı PAYLAŞIM

Aktual

13 İyul 2023, 22:09

Azərbaycanın paytaxtı Bakıda keçirilən bir neçə mühüm görüşdən sonra uğurlu gün başa çatdı.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant özünün "Twitter" səhifəsində paylaşım edib.

 

"Prezident, müdafiə naziri və sərhəd xidmətinin rəisi ilə görüşlərimdə biz ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusən də təhlükəsizlik sahəsində əlaqələrin möhkəmləndirilməsinə dair ümumi istəyimizi müzakirə etdik. Biz birlikdə ölkələrimizin təhlükəsizliyi və regional sabitlik naminə əməkdaşlığımızı və isti münasibətlərimizi gücləndirməyə davam edəcəyik", - deyə nazir bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?