Modern.az

İşlədiyi kafedən oğurluq etdi 

İşlədiyi kafedən oğurluq etdi 

Aktual

14 İyul 2023, 08:32

Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb.

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən xəbərə görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində oğurluq olması barədə məlumat daxil olub.

 

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus obyektən 2580 manat pul və 4 ədəd bank kartının oğurlandığı müəyyən edilib.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən həmin kafenin işçisi Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Bayraməli İsmayılov saxlanılıb.

 

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?